İRNA-nın məlumatına görə, Həmudinin bəyanatında deyilir: “Sionist rejimin İran konsulluğuna hücumu sionist rejim tərəfindən beynəlxalq qanun və konvensiyaların həyasızcasına pozulmasıdır.”
İraqın Ali İslami Məclisinin sədri əlavə edib: “Bu hərəkət Qəzzədə törədilən dəhşətli cinayətlərə baxmayaraq, öz məqsədlərinə nail ola bilməyən sionist rejimin sərsəm davranışını göstərir.”
Həmudi bu hərəkətə nifrətini ifadə edib və onu pisləyərək vurğulayıb: “Netanyahu düşdüyü çətin vəziyyətdən çıxış yolunu müharibənin miqyasını genişləndirməklə tapmağa çalışır.”
Sizin rəyiniz